Azərbaycan və Hindistan gənclər və idman sahələrində əməkdaşlığı müzakirə ediblər - FOTO

27 Oktyabr 2026 17:59
97
Azərbaycan və Hindistan gənclər və idman sahələrində əməkdaşlığı müzakirə ediblər - FOTO

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Hindistanın gənclər işləri, idman, əmək və məşğulluq naziri Mansuk Mandaviya ilə iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

F.Qayıbov UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasına Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun sədri kimi Hindistana səfər edib.

O, Yeni Dehli şəhərində keçirilən COP10 Bürosunun üçüncü iclasına sədrlik edib və COP10 Təsdiq Komitəsinin dördüncü rəsmi iclasında iştirak edib.

İdman.Biz