Namiq Abdullayev: “Forumda həm yerli, həm də xarici mütəxəssislər iştirak edir”

2 Mart 2026 12:38
107
Namiq Abdullayev: “Forumda həm yerli, həm də xarici mütəxəssislər iştirak edir”

“Bu gün çox əlamətdar bir gündür. Belə bir tədbirin təşkil olunması məşqçilərimiz, idmançılarımız və ümumilikdə idman sahəsinin mütəxəssisləri üçün böyük əhəmiyyət daşıyır”.

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev ölkəmizdə ilk dəfə təşkil olunan Məşqçilər Forumunun “Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer” adlı birinci panel iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, uzun zamandır belə bir forumun təşkil olunması gözlənilirdi və nəhayət, bu gün gerçəkləşib:

“Forumda həm yerli, həm də xarici mütəxəssislər iştirak edir. Sloveniya və İsveçdən gələn qonaqlar da öz təcrübələrini bölüşür, idmançılarımız və məşqçilərimiz üçün müxtəlif sahələrdə faydalı tövsiyələr təqdim edirlər. Tədbir, həm fərdi, həm də komanda idman növlərində gələcəkdə hansı istiqamətdə fəaliyyət göstərməli olduğumuzu müəyyən etmək baxımından çox əhəmiyyətlidir. Ümid edirəm ki, bu cür forumlar ölkəmizdə davamlı olaraq keçiriləcək”.

İdman.Biz