Azərbaycan və Çexiya arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - FOTO

Xəbərlər
28 Noyabr 2025 15:10
18
Azərbaycan və Çexiya arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastika Konqresi ərəfəsində Çexiyanın Milli İdman Agentliyinin sədri Andrey Şebeklə idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı hər iki ölkədə həyata keçirilən irimiqyaslı idman layihələri, qarşılıqlı təlim-məşq toplanışlarının təşkili və idman sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Həmçinin anti-dopinq sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Görüşdə həmçinin Bakı-2026 "Dünyanın İdman Paytaxtı" çərçivəsində paytaxtımızda keçiriləcək tədbirlərdə Çexiya nümayəndələrinin iştirakı da müzakirə edilib.

İdman.Biz