“Qarabağ” Futbol Klubunun nümayəndələri baş məşqçi Qurban Qurbanovun rəhbərliyi ilə Yeni Klinikanın nəzdində fəaliyyət göstərən Yeni Robotik Reabilitasiya Mərkəzində infoturda iştirak ediblər.
İdman.Biz TƏBİB-ə istinadla xəbər verir ki, qurumun icraçı direktoru Vüqar Qurbanov, Yeni Klinikanın direktoru Barat Yusubov və Mərkəzin rəhbəri Pərvin Əkbərov komandaya reabilitasiya texnologiyaları, robotik sistemlər və idman zədələrinin bərpası üzrə innovativ avadanlıqlar barədə məlumat veriblər.
Komanda üzvləri mərkəzin imkanları ilə tanış olaraq avadanlıqları praktik şəkildə sınaqdan keçiriblər və mütəxəssislərdən reabilitasiya prosesinin idman performansına təsiri barədə ətraflı məlumat alıblar.
