Bu gün məşhur döyüş sənəti ustası Brüs Linin ad günüdür

Xəbərlər
27 Noyabr 2025 17:47
37
Bu gün məşhur döyüş sənəti ustası Brüs Linin ad günüdür

Bu gün məşhur aktyor və döyüş sənəti ustası Brüs Linin doğum günüdür.

İdman.Biz xatırladır ki, Brüs Li 1940-cı ildə San-Fransiskoda anadan olub.

Li Syaolun (kiçik əjdaha) adı ilə tanınan Brüs Li, uşaqlığını Honq-Konqda keçirib. 19 yaşında ABŞ-yə köç edərək doğum hüququ ilə qazandığı ABŞ vətəndaşlığını təsdiqləyib və bundan sonra Brüs Li adı ilə məşhurlaşıb.

Brüs Linin döyüş sənətinə gətirdiyi yeniliklər və kino sahəsindəki uğurları onu dünya miqyasında əfsanəvi simaya çevirib.

İdman.Biz

Məqalədə: