Veteran idmançılar Ağacan Abıyevin evində - FOTO

Xəbərlər
27 Noyabr 2025 15:51
46
Veteran idmançılar Ağacan Abıyevin evində - FOTO

Azərbaycan İdman Veteranları İctimai Birliyinin üzvləri ölkə idmanının tanınmış simalarından olan Ağacan Abıyevi doğum günü münasibətilə evində ziyarət ediblər.

İdman.Biz xəbər verir ki, 88 yaşını qeyd edən A.Abıyevlə görüşdə onun Azərbaycan idmanının inkişafına, təhsil və elmi mühitə verdiyi töhfələr xatırlanıb.

1937-ci il təvəllüdlü Ağacan Abıyev 28 il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, üç çağırış Milli Məclisin deputatı olub.

O, həmçinin uzun illər Azərbaycan Boks Federasiyasına rəhbərlik edib, MOK-un Baş katibi və beynəlxalq boks qurumlarında yüksək vəzifələr tutub. Fəaliyyətinə görə “Şöhrət”, “Şərəf” və “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

Görüşdə ona sağlamlıq və uzun ömür arzulanıb. Afina-2004 Olimpiadasının bürünc medalçısı Fuad Aslanov bildirib ki, 2025-ci il 15–19 dekabr tarixlərində Bakı Boks Mərkəzində Ağacan Abıyevin şərəfinə yeniyetmələr arasında respublika turniri keçiriləcək.

Görüş xatirə şəkli ilə yekunlaşıb.

İdman.Biz

Məqalədə: