Əfsanəvi futbolçu həyatında yeni mübarizəyə başlayır

8 Yanvar 2026 11:24
242
Əfsanəvi futbolçu həyatında yeni mübarizəyə başlayır

1978 və 1979-cu illərdə “Qızıl top” mükafatını qazanan 74 yaşlı futbol əfsanəsi xəstəxanaya yerləşdirilib.

İdman.Biz xəbər verir ki, “Liverpul”un və İngiltərə millisinin sabiq hücumçusu Kevin Kiqan qarın nahiyəsində ağrılarla xəstəxanaya aparılıb.

Mütəxəssislər müayinələrdən sonra əfsanəvi futbolçuda xərçəng xəstəliyi aşkar ediblər və o, sağlamlığı üçün ağır xəstəliklə mübarizəyə başlayıb.

İdman.Biz