ABŞ-li idmançı Bakıda diskvalifikasiya olundu

Xəbərlər
7 Yanvar 2026 18:10
120
ABŞ-li idmançı Bakıda diskvalifikasiya olundu

ABŞ-ni təmsil edən armrestlinqçi Timoti Lyuis Bakıda keçirilən dünya çempionatında dopinq qaydalarını pozduğu üçün diskvalifikasiya edilib.

AMADA-dadan İdman.Biz-ə verilən məlumata görə, idmançının dopinq testi müsbət nəticə verib.

Bununla da Timoti Lyuis iki Antidopinq Qayda Pozuntusuna yol verib:

- idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitlərinin mövcudluğu (maddə 2.1);

- qadağan edilmiş maddədən istifadə və ya istifadə cəhdi (maddə 2.2).

Qərara əsasən, ABŞ-li idmançı 5 dekabr 2025-ci ildən 5 dekabr 2028-ci ilədək bütün yarışlardan kənarlaşdırılıb. Beləliklə, Timoti Lyuis 2028-ci ilin sonuna qədər yarışlarda iştirak edə bilməyəcək.

İdman.Biz