Finlandiyalı okean üzrə tənha avarçəkən Jari Saario Atlantik okeanın cənubunda baş verən hadisədən sonra xilas edilib və hazırda təhlükəsiz vəziyyətdədir.
İdman.Biz xəbər verir ki, idmançının dəstək qrupunun yaydığı məlumata əsasən Jari Saario “Cymona Eagle” adlı ticarət gəmisinin göyərtəsindədir və vəziyyəti ümumilikdə qənaətbəxş qiymətləndirilir. Ona gəmidə zəruri tibbi yardım göstərilib. Finlandiyaya qayıdışı ilə bağlı qərar daha sonra veriləcək.
Məlumata görə, xilasetmə əməliyyatı okeanın çətin və ucqar bölgəsində həyata keçirilib və dəniz xilasetmə xidmətləri ilə ticarət gəmisinin heyəti arasında koordinasiya olub.
Bildirilir ki, ağır hava şəraiti nəticəsində Saarionun qayığı ciddi zədələnib və avadanlığının bir hissəsi itib.
Qeyd edək ki, bir gün əvvəl Saarionun qayığı okenada tufana düşmüşdü və qayığa su dolmuşdu.
