Fərid Qayıbov VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib - FOTO

30 Oktyabr 2025 17:01
179
Fərid Qayıbov VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Nazir Azərbaycanı turnirdə təmsil edəcək federasiyaların nümayəndələri ilə görüşüb.

Görüşdə idmançıların yarışlara hazırlıq prosesi, Azərbaycan idman nümayəndə heyətinin səfər proqramı, atletlər kəndində yerləşmə və digər təşkilati məsələlər müzakirə olunub.

Nazir yarışda ölkəmizin layiqincə təmsil olunmasının vacibliyini vurğulayıb və hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Eyni zamanda, federasiya nümayəndələri idmançıların oyunlara hazırlığı barədə məlumat veriblər.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 7-dən 21-dək Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində keçiriləcək.

İdman.Biz