Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) son 10 ildə öz klub akademiyalarında yetişdirdikləri oyunçuların transferlərindən ən çox qazanc əldə edən ölkələrin yeni reytinqini dərc edib. Daxili müqavilələr hesaba alınmayıb, yalnız digər liqalara transferlər nəzərə alınıb.
İdman.Biz bildirir ki, siyahıya Fransa başçılıq edir.
Bu ölkənin komandaları akademiya oyunçularının beynəlxalq satışından, o cümlədən sonrakı transferlərdən bonuslar və komissiyalar daxil olmaqla, ümumilikdə 3,98 milyard avro qazanıblar. Bu, ildə təxminən 400 milyon avro təşkil edir.
Braziliya ikinci (2,60 milyard avro), İspaniya isə üçüncü (2,24 milyard avro) yerdədir. Portuqaliya, Hollandiya, İngiltərə, Almaniya, İtaliya və Argentina klubları da 1 milyard avrodan çox qazanc əldə ediblər.
İlk 50-liyə həmçinin Polşa, ABŞ, Türkiyə, Yaponiya, Cənubi Koreya, Kanada və Mərakeş daxildir.
