Keniyanın keçmiş baş naziri və müxalifət lideri Raila Odinqanın dəfn mərasimi zamanı Nayrobidəki “Kasarani” stadionunda xaos yaranıb.
İdman.Biz-in Ren TV-yə istinadən verdiyi məlumata görə, siyasətçi ilə vidalaşmağa gələnlərin sayı stadionun tutumunu xeyli ötüb. Bir anda xaos yaranıb.
Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Yerli KİV-in məlumatına görə, odlu silahdan açılan atəş nəticəsində bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Vəziyyət gərgin olaraq qalır. Rəsmilər asayişi bərpa etməyə çalışırlar.
Odinqanın oktyabrın 15-də həlak olub. Onun cənazəsi təyyarə ilə Hindistandan gətirilib. Minlərlə insan gücləndirilmiş təhlükəsizlik, polis və hərbçilərin olmasına baxmayaraq, zorla hava limanına daxil ola bilib.