Belarusun idman nazirinin müavini: “Gəncəyə gələndə nostalji hisslər keçirdim”

Xəbərlər
1 Oktyabr 2025 11:35
116
Belarusun idman nazirinin müavini: “Gəncəyə gələndə nostalji hisslər keçirdim”

Belarusun idman nazirinin müavini Aleksandr Baraulya Gəncədə nostaljik hisslər yaşayıb.

İdman.biz xəbər verir ki, bunu Aleksandr Baraulya özü jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanda təşkil olunan III MDB Oyunları barədə danışıb: “Gəncəyə gələndə nostalji hisslər keçirdim. Çünki 2 il əvvəl Belarus MDB Oyunlarına ev sahibliyi edəndə 11 şəhərdə keçirilmişdi və mənə ölkəmi xatırlatdı. Yarışın Azərbaycanın 7 şəhərində baş tutması sevindirici haldır. Digər şəhərlərdə idman həyəcanını yaşatmaq çox yaxşı fikirdir. Azərbaycan çox qonaqpərvər ölkədir. Bizi burda böyük hörmətlə qarşıladılar. Yarışlar yüksək səviyyədə təşkil olunub”.

O, Belarus idmançılarının Azərbaycana yaxşı nəticələr qaznamaq üçün gəldiyini söyləyib: “İdmançılarımız burada mübarizə aparmaqdan məmnundurlar. Onlar yüksək səviyyəli idman zallarında yarışmağı xoşlayırlar. İdmançılar Gəncənin və digər şəhərlərin mədəniyyətini çox bəyənirlər. Bu, bir fürsət idi ki, Azərbaycanı daha yaxından tanıyaq. Qarşılaşmalar zamanı rəqabətlər yüksək dərəcədədir”.

İdman.Biz