Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Soçi" Rusiya Kubokunun ikinci mərhələsində məğlubiyyətə uğrayıb.
İdman.Biz xəbər verir ki, Soçi təmsilçisi səfərdə Sankt-Peterburq "Dinamo"suna 0:2 hesabı ilə uduzub.
Meydan sahibləri 35-ci dəqiqədə Mikail Polkovnikovun qolu ilə hesabı açıblar. 58-ci dəqiqədə Aleksey Masalov "Dinamo"nun üstünlüyünü iki topa çatdırmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.
Şeydayev oyuna ehtiyat qüvvələr skamyasından başlayıb və 80-ci dəqiqədə meydana daxil olub.
