Qadın futbol millimiz Macarıstanla oyuna hazırlaşır - FOTO

4 İyun 2026 21:50
99
Qadın futbol millimiz Macarıstanla oyuna hazırlaşır

Qadın futbolçulardan ibarət Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 5-də Sumqayıtda, Mehdi Hüseynzadə adına şəhər stadionunda Macarıstanla qarşılaşacaq.

İdman.Biz bildirir ki, matç 18:00-da başlayacaq.

Bu gün millinin futbolçuları oyunöncəsi son məşqlərini keçiriblər.

Millimiz C Liqasının üçüncü qrupunda yer alır.

Azərbaycan millisi 9 xalla ikinci pillədə qərarlaşıb.

Qrup lideri isə 10 xalla Macarıstan millisidir.

Azərbaycan millisi seçmə mərhələ çərçivəsində Macarıstan millisi ilə ilk oyunda 1:0 hesabı ilə məlub olub. Oyun Macarıstanın Fençut şəhərindəki “Panço Arena”da keçirilib.

İdman.Biz