Qadınlardan ibarət millinin futbolçuları azarkeşlərlə görüşəcəklər

15 Aprel 2026 23:36
127
Qadınlardan ibarət millinin futbolçuları azarkeşlərlə görüşəcəklər

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva azarkeşlərlə görüşəcək.

Aprelin 16-da saat 11:30-da Azərbaycan İdman Akademiyasında keçiriləcək imza günü çərçivəsində futbolçular azarkeşlərlə bir araya gələcək, xatirə şəkilləri çəkdirəcək və imzalar paylayacaqlar.

Görüşün keçirilməsində əsas məqsəd azarkeşlərlə milli komanda üzvləri arasında əlaqələrin daha da gücləndirilməsidir.

İdman.Biz