FIFA AFFA-ya təşəkkür edib - FOTO

31 Mart 2026 02:15
156
FIFA AFFA-ya təşəkkür edib

“FIFA Series – 2026” beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FIFA AFFA-ya təşəkkürünü bildirib.

İdman.Biz milli assosiasiyaya istinadən xəbər verir ki, ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib.

C.Fərəcullayev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və gələcəkdə əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını bildirib.

Qeyd edək ki, Azərbaycan milli komandası “FIFA Series – 2026” turnirinin qalibi olub.

İdman.Biz