Anton Krivotsyuk və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətindən çıxarılıblar - VİDEO

6 İyun 2026 12:59
574
Anton Krivotsyuk və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətindən çıxarılıblar

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.

Qeyd edək ki, Azərbaycan millisi dünən Macarıstanda keçirilən yoxlama oyununda Maltaya 0:2 hesabı ilə uduzub. Milli komanda növbəti yoxlama oyununu 9 iyunda San-Marinoda, eyniadlı yığmaya qarşı keçirəcək.

Xatırladaq ki, oyundan sonra keçirilən mətbuat konfransında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov mübahisə edən azərbaycanlı futbolçular barədə ölçü götürüləcəyini bildirib.

İdman.Biz