Bakıda təşkil olunan amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda bu gün üç oyun baş tutub.
İdman.Biz bildirir ki, Ramil Həbibovun baş məşqçisi olduğu Azərbaycan komandası Belçika yığması ilə üz-üzə gəlib.
“Bayıl Arena” stadionunda baş tutan görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmanın heyətində Sənan Hacıyev və Fərhad Əyyubov (2 qol) fərqləniblər.
Bu gün həmçinin İsrail yığması Ukraynanı 2:0 hesabı ilə üstələyib.
Üçüncü qarşılaşmada isə Niderland millisi Belçika üzərində böyükhesablı qələbə qazanıb - 5:0.
Azərbaycan yığması sabah İsrail, oktyabrın 19-da isə Niderland və Ukrayna milliləri ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland millilərinin mübarizə apardığı C qrupunun oyunlarına oktyabrın 19-da yekun vurulacaq.
Qrupun bütün oyunları “Bayıl Arena”da keçirilir.