Rəşad Eyyubov: “Yığmamız Şotlandiya ilə matçda 2 xal itirdi”

Xəbərlər
14 Oktyabr 2025 21:58
40
Rəşad Eyyubov: “Yığmamız Şotlandiya ilə matçda 2 xal itirdi”

“Azərbaycan millisi Şotlandiya ilə matçda 2 xal itirib”.

İdman.Biz xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Bakıda Şotlandiya yığması ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

“Həqiqətən, qarşılaşma bizim üçün çətin keçdi. Qələbəyə yaxın olsaq da, təəssüf ki, alınmadı. Son dəqiqələrdə buraxdığımız qol bizi məyus etdi. Futbolçular meydanda vuruşdular. Həqiqətən də, çətin rəqibə qarşı mübarizə apardıq. Öz oyun planımızı həyata keçirməyə çalışırdıq. Hansı rəqibə qarşı çıxış etdiyimizi yaxşı dərk edirdik. Rəqib komandanın heyətində top klublarda çıxış edən futbolçular yer alır. Bu gün yığmamız 2 xal itirdi”, - Eyyubov bildirib.

“Liv Bona Dea Arena”da keçirilən Azərbaycan - Şotlandiya oyunu 3:3 hesablı bərabərliklə başa çatıb.

İdman.Biz