Everestdə tarixi rekord: Bir gündə 274 nəfər zirvəyə çıxdı - VİDEO

22 May 2026 15:52
129
Everestdə tarixi rekord: Bir gündə 274 nəfər zirvəyə çıxdı - VİDEO

Alpinizm üzrə Everest zirvəsində yeni rekord müəyyənləşib.

İdman.Biz xəbər verir ki, 274 alpinist Nepal tərəfdən, dağın cənub marşrutu ilə Everestin zirvəsinə qalxıb. Bu, həmin istiqamət üzrə bir gündə qeydə alınan ən yüksək göstəricidir.

Rekord hava şəraitinin əlverişli olduğu günə təsadüf edib. Nepal Ekspedisiya Operatorları Assosiasiyasının nümayəndəsi Rişi Ram Bhandarinin sözlərinə görə, alpinistlər məhz açıq hava pəncərəsindən istifadə edərək zirvəyə çatıb.

Yeni göstərici 22 may 2019-cu ildə qeydə alınan əvvəlki rekordu geridə qoyub. Həmin gün Nepal tərəfdən 223 alpinist zirvəyə qalxmışdı. Lakin 2019-cu ildə ümumi say daha yüksək olub, çünki bəzi alpinistlər Tibetdəki şimal marşrutu ilə də zirvəyə çıxmışdı.

Bu il isə Çin Everestin şimal tərəfi üzrə qalxış icazələri verməyib. Buna görə əsas yük Nepal marşrutunun üzərinə düşüb. Nepal bu mövsüm dünyanın ən yüksək zirvəsinə qalxmaq üçün 494 icazə verib.

Mövsümün əvvəlində buzlaq sahəsində yaranan problem marşrutun bir neçə həftə gec açılmasına səbəb olub. Bu da alpinistlərin eyni hava pəncərəsində toplaşmasına və Everestdə sıxlığın artmasına gətirib çıxarıb.

Qeyd edək ki, 20 may tarixində daha bir rekord qeydə alınıb. Rusiyalı Rüstəm Nabiyev Everest zirvəsinə " target="_blank">yalnız əlləri ilə qalxan ilk insan kimi tarixə düşüb.

İdman.Biz