İsrafil Aşurlıdan tarixi nailiyyət: Annapurna fəth olundu - FOTO/VİDEO

19 Aprel 2026 20:16
191
İsrafil Aşurlıdan tarixi nailiyyət: Annapurna fəth olundu - FOTO/VİDEO

Azərbaycanın tanınmış alpinisti, Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı növbəti möhtəşəm uğura imza atıb.

İdman.Biz xəbər verir ki, o, dünyanın ən çətin və təhlükəli zirvələrindən biri hesab olunan Annapurna dağına (8091 metr) oksigen balonu istifadə etmədən qalxıb.

Dəniz səviyyəsindən hündürlüyünə görə dünyada 10-cu sırada qərarlaşan bu zirvə alpinistlər üçün ən yüksək ölüm riskinə malik nöqtələrdən biri sayılır. Aşurlının bu fəthi sadəcə bir idman uğuru deyil, həm də böyük iradə və inanılmaz fiziki gücün nümayişidir.

Qeyd edək ki, İsrafil Aşurlı dünyanın ən hündür zirvəsi hesab olunan Everesti, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı alpinist kimi də tarixə düşüb.

İdman.Biz