Rafael Fiziyevdən etiraf: "Sadəcə buna layiq deyildim"

Xəbərlər
7 May 2025 23:49
99
Rafael Fiziyevdən etiraf: "Sadəcə buna layiq deyildim"

Yüngül çəki dərəcəsində yaışan azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev ardıcıl uğursuz döyüşlərdən sonra yaşadıqlarını açıqlayıb.

İdman.biz xəbər verir ki, o, Rusiyanın “Vestnik MMA” YouTube kanalına müsahibəsində üç məğlubiyyətdən sonra üzərində təzyiq yaşadığını etiraf edib.

"Düşünməyə başlayanda sadəcə xoşagəlməz olur: "Lənət olsun, mən artıq üç dəfədir uduzuram. Artıq uzun müddətdir ki, qələbənin dadını yaşamıram". Qalib gəlmək, kimisə daha tez məğlub etmək istəyirəm" - deyə müsahibəsində bildirib.

Fiziyev son görüşlərdə başına gələnləri xatırlayıb: "Bəzən düşünən zaman baş verənlər incidir: "Necə üç dəfə uduzmağı bacarmışam". Amma sonra xatırlamağa başlayırsan. Castin Qatjeyə qarşı keçirilən iki döyüş. Onların birində mən dizim dağıldı, bundan sonra iki il yarışa bilmədim, uzun müddət bərpa prosesi keçdim".

Rafael iyunun 21-də Bakıda baş tutacaq UFC turnirində əsas döyüşün iştirakçısı statusunu almamasının səbəbini də açıqlayıb: "Söhbət ondan getmir ki, əsas döyüş artıq tutulmuşdu, sadəcə buna layiq deyildim. Axı mənim ardıcıl üç məğlubiyyətim var. Bu idmanda qalib gəlməlisən, ona görə də mənə əsas yarışı vermədilər. Ardıcıl üç məğlubiyyəti olan oğlan... Bunun çox yaxşı olacağını düşünmürəm".

Qeyd edək ki, iyunun 21-də Bakıdakı turnir çərçivəsində yüngül çəkidə Rafael Fiziyev İqnasio Bahamondeslə (Çili) qarşılaşacaq.

İdman.biz