“Döyüş istədiyim kimi olmadı. Əslində, cui-citsuya üstünlük verəcəkdim. Rəqibim güləşdiyi üçün mənim döyüş planım baş tutmadı”.
İdman.biz xəbər verir ki, bunu türkiyəli MMA döyüşçüsü Ferit Göktepe (57 kq) deyib.
Bakıda keçiriləm “Landmark 7” turnirində Mehman Məmmədova uduzan idmançı bildirib ki, yarışa son anda qatıldığı üçün həmyerlimızə qarşı yaxşı hazırlaşa bilməyib: “Planlarım istədiyi kimi getmədi və məğlub oldum. Biz qardaşıq. Qardaş-qardaşa bir görüş oldu. Onun və ya mənim qazanmağım fərq etmir”.
Qeyd edək ki, Mehmanla Ferit arasında 3 raund davam edən döyüşdə hakimlərin qərarı ilə idmançımız qalib elan olunub.
Emin Ağa
İdman.biz