UFC çempionu Castin Qeyci rəqibi, ispaniyalı İliya Topuriyanın sözlərinə cavab verib.
İdman.Biz xəbər verir ki, 37 yaşlı Qeyci sosial şəbəkə hesabında rəqibini axmaq adlandırıb:
“94 gün keçdi və sən axmaq bir bəhanə uydurdun. Bu, sənin çıxışın qədər dəhşətlidir. Daha yaxşı çalış, oğlan”.
Bundan əvvəl Topuriya Ağ Evdə keçirilən yay turnirində Geyciyə məğlub olduqdan sonra məşqlərə qayıtdığını açıqlayıb. Keçmiş çempion növbəti döyüşdə Qeycinin əlcəklərində “qeyri-adi bir şeyin” olub-olmamasının yoxlanılmasını xahiş edəcəyini də bildirib.
Bundan əvvəl Qeyci 2026-cı ilin sonuna qədər döyüşməyi planlaşdırmadığını açıqlayıb. Ekspertlərin fikrincə, onun növbəti rəqibi Topuriya və ya Maurisio Ruffi ilə Arman Tsarukyan arasındakı qarşılaşmanın qalibi ola bilər.
