Azərbaycanlı MMA döyüşçüsü Nihad Quliyev Avstriyanın Baden şəhərində keçiriləcək “Vendetta Fight Nights 52” turnirində mübarizəyə başlayacaq.
İdman.Biz xəbər verir ki, peşəkar karyerasında 5-0 göstəricisinə malik Quliyev təşkilatın yarımorta çəki dərəcəsində təşkil etdiyi səkkiz nəfərlik Qran-pridə iştirak edəcək.
Turnirdə Azərbaycan təmsilçisi ilə yanaşı daha yeddi döyüşçü yer alıb:
Bred Uiler - İngiltərə
Qabriele Rovileri - İtaliya
Aleksis Kampos - Venesuela
Mehdad Kavand - Niderland
Ali İsajev - Avstriya
Nika Darius - Rumıniya
Mateuş Vyeçorek - Polşa
“Vendetta Fight Nights 52” turniri 19 sentyabrda Baden şəhərindəki “Halle B” arenasında keçiriləcək.
