ABŞ-li ağır çəkili MMA döyüşçüsü Şon Şaraf UFC 331 turnirində böyük sensasiyaya imza atıb.
İdman.Biz xəbər verir ki, Los-Ancelesdə keçirilən turnirdə Şaraf sərbəst güləş üzrə Olimpiya çempionu Qeybl Stivsonu cəmi 12 saniyəyə nokaut edib.
Döyüş başlayan kimi Şaraf sol əllə dəqiq zərbə endirib və Stivsonu nokdauna salıb. Ardınca gələn zərbələrdən sonra hakim qarşılaşmanı dayandırıb. Bu, UFC tarixində ağır çəkidə ən sürətli nokautlardan biri olub.
Stivson qarşılaşmaya böyük favorit kimi çıxıb. O, 2020-ci il Tokio Olimpiadasında sərbəst güləş üzrə qızıl medal qazanıb və UFC-də gələcəyin əsas ağır çəkili döyüşçülərindən biri hesab olunurdu. Şaraf isə UFC-də əvvəlki iki döyüşünü uduzmuşdu.
Bu məğlubiyyət Stivsonun peşəkar MMA karyerasında ilk uğursuzluğu olub.
