Azərbaycanlı MMA döyüşçüsü Nihad Quliyev “Vendetta Fight Nights” təşkilatının Qran-prisində ilk qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, Quliyev Avstriyanın Baden şəhərində keçirilən “Vendetta Fight Nights 52” turnirində Bred Vilerlə qarşılaşıb.
Azərbaycan təmsilçisi döyüşü birinci raundda nokautla başa vuraraq Qran-pridə yoluna davam edib.
Quliyev turnirə peşəkar karyerasında 5:0 məğlubiyyətsiz göstərici ilə çıxıb. Viler üzərində qələbə onun rekordunu 6:0-a çatdırıb.
Qeyd edək ki, Nihad Quliyev bu nəticə ilə “Vendetta Fight Nights” Qran-prisinin əsas mükafatı uğrunda mübarizəni davam etdirəcək.
