Kamaru Usman: “Nəhəng olmağa cəsarət etdim və uğursuz oldum”

Xəbərlər
23 Oktyabr 2023 17:52
118
Kamaru Usman: “Nəhəng olmağa cəsarət etdim və uğursuz oldum”

“Nəhəng olmağa cəsarət etdim və uğursuz oldum”.

İdman.biz xəbər verir ki, bunu nigeriyalı qarışıq döyüş növləri üzrə döyüşçü Kamaru Usman Həmzət Çimayevə məğlubiyyətindən sonra deyib.

O bildirib ki, məyus olmayıb və mübarizəsini davam etdirəcək: “Bəzən məğlubiyyət bir ömür boyu peşmançılığa səbəb olur. Mənə təklif olunan variantlardan heç vaxt şikayət etmirəm. Daha güclü qayıdacağam”.

Abu-Dabidə (BƏƏ) “UFC 294” turnirində Çimayevlə Usman arasında döyüş döyüş bütün 3 raund davam edib. Bu, nigeriyalının 24-cü görüşündə 4-cü məğlubiyyəti olub.

İdman.biz