“Rizin” “Landmark 7”nin bütün döyüşlərinin afişasını təqdim edib - FOTO

Xəbərlər
21 Oktyabr 2023 12:56
219
“Rizin” “Landmark 7”nin bütün döyüşlərinin afişasını təqdim edib - FOTO

Yaponiyanın qarışıq döyüş növləri üzrə “Rizin” təşkilatı noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək “Landmark 7” turnirinin bütün döyüşlərinin afişalarını təqdim edib.

İdman.biz xəbər verir ki, Bakıda 10 döyüş baş tutacaq.

Əsas görüşdən öncə Xasan Mejiyev (Latviya) – İzyat Sami (Misir), Kventin Dominqoş (Portuqaliya) – Şota Betlemidze (Gürcüstan), Jares Dea (Kamerun) – İlhom Nazimov (Özbəkistan), Harel Koen (İsrail) – Vladislav Rudnev (Ukrayna) və Anastasiya Svetkivska (Ukrayna) - Fəridə Abdueva (Qırğızıstan) duelləri baş tutacaq.
Ardınca azərbaycanlı döyüşçülərin iştirakı ilə keçiriləcək görüşlər olacaq. Tural Rəhimov Kenq-Pye Kim (Cənubi Koreya), Mehman Məmmədov Jastin Skoqqins (ABŞ), Nəriman Abbasov Əli Abdulxalikov (Rusiya), Tofiq Musayev isə Koji Takeda (Yaponiya) ilə gücünü yoxlayacaq.

Gecənin əsas döyüşü yüngül çəkidə çempion Vüqar Kərəmovla yaponiyalı Çihiro Suzuki arasında olacaq.

Zəki Feyzullayev

İdman.biz