Alim Nəbiyev afrikalı rəqibini ilk raundda nokaut etdi - VİDEO

13 Sentyabr 2026 00:30
112
Alim Nəbiyev afrikalı rəqibini ilk raundda nokaut etdi

Azərbaycanlı MMA döyüşçüsü Alim Nəbiyev Dubayda keçirilən VFL 1 turnirində növbəti qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, “Vault Fight League” təşkilatının keçirdiyi döyüş gecəsində Nəbiyev Zimbabvedən olan Mayk Daymondu ilk raundda nokautla məğlub edib.

Bu qələbə Alimin MMA karyerasında ardıcıl dördüncü qələbəsi olub.

Qeyd edək ki, Alim Nəbiyev kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionudur.

İdman.Biz