“Qəbələ” “Landmark 7”də döyüşəcək idmançılarımızla yeni müqavilə imzalayacaq

Xəbərlər
17 Oktyabr 2023 14:17
161
“Qəbələ” “Landmark 7”də döyüşəcək idmançılarımızla yeni müqavilə imzalayacaq

“Qəbələ” İdman Klubu MMA döyüşçüləri Nəriman Abbasov, Vüqar Kərəmov və Tofiq Musayev yeni müqavilə imzalayacaq.

İdman.biz xəbər verir ki, imzalanma mərasimi oktyabrın 19-da baş tutacaq.

Tədbir "Baku MMA Academy"də təşkil olunacaq. Mərasim saat 12:00-da başlayacaq.

Qeyd edək ki, MMA döyüşçüləri noyabrın 4-də “Rizin” turniri çərçivəsində Bakıda baş tutacaq “Landmark 7”də qüvvəsini sınayacaq. Milli Gimnastika Arenasında keçiriləcək turnirdə Kərəmov yaponiyalı Çihiro Suzuki, Musayev “Gündoğar ölkə”nin digər təmsilçisi Koji Takeda, Abbasov isə rusiyalı Ali Abdulxalikovla üz-üzə gələcək.

İdman.biz