Qələbə qazanan Beterbiyev nədən narazı qalıb?

Xəbərlər
13 Oktyabr 2024 13:12
1 489
Qələbə qazanan Beterbiyev nədən narazı qalıb?

"Bu gün çox da yaxşı deyildim. Daha keyfiyyətli döyüşə bilərdim. Bilmirəm niyə belə alındı, özümü rahat hiss etmirdim. Əlbəttə çox ağır döyüş idi. Bivol da dünya çempionudur".

İdman.biz xəbər verir ki, bunu yarımağır çəkidə dünya çempionu Artur Beterbiyev deyib.

Dmitri Bivolla görüşdə hakimlərin qərarı əsasında qalib elan olunan Beterbiyev öz döyüşü haqqında danışıb. 39 yaşlı boksçu zərbələrinin zəif alındığını etiraf edib: "Nəticədən narazı qalmasam da, öz döyüşümdən razı deyiləm. Hazırladıqlarımın hamısını həyata keçirə bilmədim. Bivolun böyük dəstək qrupu var. O, yaxşı iş görüb və çempion titulu var. Ona qarşı hər hansı narazı fikrim yoxdur. Döyüşdən sonra həmişə hörmətlə yanaşıram. Dmitri daha gəncdir və özünü göstərəcək. Bəzən bir necə raund "yatıram" sonra start götürürəm. Oyanmaq üçün bir neçə raund keçməlidir. Bu gün yatdım".

Qeyd edək ki, Beterbiyev peşəkar rinqdə keçirdiyi 21-cü döyüşü də qələbə ilə başa vurub. O, WBA, WBO, WBC, IBF, IBO, The Ring kəmərləri üzrə dünya çempionudur.

İdman.biz