Kaliforniyada “Bellator 300” turnirinin əsas yarışında yüngül çəkidə rusiyalı çempion Usman Nurməhəmmədov amerikalı Brent Primusla qarşılaşıb.
İdman.biz xəbər verir ki, döyüş beş raund davam edib.
Hakimlərin yekdil qərarı ilə Nurməhəmmədov qalib elan olunub – 50:45, 50:45, 50:45.
Döyüş başa çatdıqdan sonra rusiyalı döyüşçü bildirib ki, görüş təsəvvür etdiyindən çətin keçib: "Hər şeyi bəyəndim. Mən yaxşı iş görmüşəm. Bu, mənim gecəm idi”.
Qeyd edək ki, Nurməhəmmədov MMA-da 18 döyüş keçirib və hamısında qələbə qazanıb. Onlardan 8-i nokautla başa çatıb. Primusun isə 12 qələbəsi və 4 məğlubiyyəti var.
İdman.biz