Dünya çempionatından beş medalla

Xəbərlər
30 Sentyabr 2023 23:34
242
Dünya çempionatından beş medalla

Yunanıstanın Aleksandropolis şəhərində keçirilən gənclər və yeniyetmələr arasında MMA üzrə dünya çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, turnir Azərbaycan idmançıları üçün uğurlu olub.

Yığma komandanın üzvlərindən İbrahim Cəfərov (+81 kq) və Fərid Əsədzadə (31 kq) qızıl, Adəm Əsgərov (31 kq) gümüş, Emil Haqverdiyev (49 kq) və Aydın Haqverdiyev (36 kq) isə bürünc medal qazanıblar.

İdman.biz