Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov “Rizin”də növbəti döyüşünə çıxacaq.
İdman.Biz xəbər verir ki, 33 yaşlı idmançı 66 kq çəki dərəcəsində yaponiyalı Ryo Takagi ilə qarşılaşacaq.
Döyüşçülər artıq rəsmi çəki mərasimində iştirak ediblər.
Kərəmov - Takagi qarşılaşması sabah keçiriləcək.
