Məhəmmədəli Osmanlıdan döyüş gecəsində texniki nokautla qələbə - FOTO

Xəbərlər
7 İyun 2024 17:36
727
Məhəmmədəli Osmanlıdan döyüş gecəsində texniki nokautla qələbə - FOTO

Bakıda Zabit Səmədova məxsus “New Generation Fighting” təşkilatının döyüş gecəsi keçirilib.

İdman.biz xəbər verir ki, yarış çərçivəsində MMA qaydaları üzrə 9 döyüş baş tutub.

Daha bir döyüş kikboksinq qaydalarına uyğun təşkil olunub. Gecənin əsas döyüşü azərbaycanlı Məhəmmədəli Osmanlı və mərakeşli Ömər Aşur arasında baş tutub. Görüşdə həmyerlimiz texniki nokautla qalib gəlib.

Qeyd edək ki, bu, “New Generation Fighting”in sayca 4-cü turniridir.

İdman.biz