Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev tezliklə oktaqona çıxacaq.
İdman.biz xəbər verir ki, yüngül çəkidə mübarizə aparan idmançımız döyüşlər üçün darıxdığını açıqlayıb.
O, bunu sosial şəbəkə paylaşımında bildirib: “Dünyadakı ən yaxşı iş üçün çox darıxıram. Ümid edirəm ki, tezliklə Avropada qan axıda biləcəm”.
Qeyd edək ki, Fiziyev sonuncu dəfə 2023-cü ilin sentyabrında oktaqona çıxıb. O, polşalı Mateuş Qamrotla qarşılaşmada uduzub.
İdman.biz