Rafael-Castin söz atışması: bu dəfə Fiziyev cavab verib

Xəbərlər
4 Fevral 2024 18:29
Rafael-Castin söz atışması: bu dəfə Fiziyev cavab verib

Azərbaycanlı qaydasız döyüşçü Rafael Fiziyevlə Castin Qeyci arasında söz atışması davam edir.

İdman.biz xəbər verir ki, bu dəfə Rafael sosial şəbəkə vasitəsilə həmkarına cavab verib.

Fiziyev “Allstar”a müsahibəsində sol gözündən aldığı zədənin Qeyciyə qələbə qazanmaqda kömək etdiyini demişdi. Castin isə öz cavabında xatırlatma edərək, “Dostum, sənin sağ gözünü sol əlimlə əzmişdim” deyib. Azərbaycanlı boksçunun cavabı özünü çox gözlətməyib: “Gözümdən aldığım zədə döyüşün dinamikasını dəyişdiyi faktdır. Günah məndədir ki, bərpa üçün fasilə götürmədim. Təəssüf ki, biz boksçular belə hallara hazır olmalıyıq. Hörmətsizlik etmək istəmirdim, sənə azarkeşlik edirəm”.

Qeyd edək ki, ötən ilin oktyabrında keçirilən döyüşdə amerikalı boksçu 3 raundun yekununda Fiziyeva qalib gəlib.

İdman.biz

Məqalədə: