“Ataman” Porrierlə döyüşdən imtinasının səbəbini açıqlayıb

Xəbərlər
1 Fevral 2024 01:25
163
“Ataman” Porrierlə döyüşdən imtinasının səbəbini açıqlayıb

Azərbaycanlı boksçu Rafael Fiziyev Dastin Porrier ilə görüşdən imtina edib.

İdman.biz xəbər verir ki, o, bu barədə “All Star”a müsahibəsində deyib.

UFC-də yarışan Rafael ötən ilin sentyabrında polşalı Matueş Qarmoşla döyüşdə zədələnib. Onun oktaqona bu ilin iyul ayında dönməsi gözlənilir. “Ataman” ləqəbli boksçu dünya reytinqində 3-cü olan Dastinlə döyüşdən imtinasına belə şərh verib: “Menecerim zəng edib, Porrierin mənimlə döyüşə hazır olduğunu dedi. Onunla döyüşə çıxa bilmədiyimə görə çox təəssüflənirəm. Bu, ikinci dəfə baş verir. UFC mənə təklif göndərəndən bir gün sonra dizimi zədələdim. Dastinlə döyüşməyi çox istərdim, amma dizim hələ hazır deyil”.

Qeyd edək ki, Fiziyev son iki döyüşündə uduzub.

İdman.biz