MMA döyüşçüsü 10-cu mərtəbədən yıxılıb – SƏBƏB - FOTO - VİDEO

Xəbərlər
25 Yanvar 2024 10:27
MMA döyüşçüsü 10-cu mərtəbədən yıxılıb – SƏBƏB - FOTO - VİDEO

Rusiyalı MMA döyüşçüsü Maqomed “Venom” Zaynalovun 10-cu mərtəbədən yıxılmasının səbəbi bəlli olub.

İdman.biz xəbər verir ki, bunu idmançının həyat yoldaşı açıqlayıb.

O bildirib ki, Rostov şəhərində baş verən hadisəyə pişik səbəb olub. Maqomed 10-cu mərtəbədəki mənzilin balkonuna sıçrayan pişiki yıxılmaqdan xilas etmək istəyib.

Lakin özünü saxlaya bilməyən 24 yaşlı idmançı özü yıxılıb. O, çanağından və ayaqlarından xəsarət alıb.

Qeyd edək ki, Zaynalov MMA-da keçirdiyi 15 döyüşdə 4 qələbə qazanıb, 1 heç-heçə edib və 10 dəfə uduzub.

İdman.biz

Məqalədə: