IBA Çempionlar Gecəsi öncəsi üz-üzə mərasimi keçirildi - FOTO/VİDEO

9 İyul 2026 19:45
102
IBA Çempionlar Gecəsi öncəsi üz-üzə mərasimi keçirildi

Bakıda keçiriləcək IBA Çempionlar Gecəsi öncəsi ənənəvi face-to-face mərasimi baş tutub.

İdman.Biz xəbər verir ki, tədbirdə döyüş gecəsində iştirak edəcək boksçular və onların rəqibləri üz-üzə gəliblər. İdmançılar ənənəyə uyğun olaraq media nümayəndələrinin önündə bir-birilərinə baxaraq şəkillər çəkdirib, qarşılaşmalar öncəsi son rəsmi proseduru tamamlayıblar.

Qeyd edək ki, IBA Çempionlar Gecəsi iyulun 10-da “Sea Breeze Resort”da təşkil olunacaq. Turnirdə müxtəlif çəki dərəcələri üzrə peşəkar boks görüşləri keçiriləcək. Yarışda Azərbaycan təmsilçiləri də rinqə çıxacaqlar. Gecənin xüsusi qonaqları sırasında dünya boksunun tanınmış simaları yer alacaq, əfsanəvi boksçu Roy Cons isə dünya çempionumuz Sübhan Məmmədovu rinqə müşayiət edəcək.

İdman.Biz