Azərbaycanın UFC döyüşçüsü Rafael Fiziyev sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, UFC döyüşçüsü “Instagram” hesabında Azərbaycanla bağlı paylaşım edib.
Fiziyev paylaşımında ölkəmizə sevgisini bu sözlərlə ifadə edib:
“Sən mənim nəfəsimsən, sən mənim çörəyim, suyumsan! Qarşımda şəhərlərin qapıları açılıb. Mən bütövlüklə sənə məxsusam, əbədi sənin oğlunam, Azərbaycan, Azərbaycan!”

Xatırladaq ki, Fiziyev sonuncu döyüşünü iyunun 27-də “UFC Fight Night Baku” turnirində keçirib. Döyüşçümüz gecənin əsas qarşılaşmasında meksikalı Manuel Torresə qalib gəlib.
