UFC veteranı, ABŞ-dən olan Maykl Kyeza Həmzət Çimayev və İliya Topuriyanin karyeralarında aldıqları ilk məğlubiyyətləri şərh edib.
Xatırladaq ki, Həmzət Çimayev orta çəkidə çempionluq kəmərini Şon Striklendə uduzub. Daha sonra isə Ağ Evdə keçirilən UFC turnirində Topuriya yüngül çəkidə çempion titulunu Castin Qeyciyə məğlub olaraq itirib.
İdman.Biz xəbər verir ki, Maykl Kyeza problemi məğlub olan idmançıların məşqçilərlə düzgün təmas qurmamasında görür.
"UFC-də iki səs-küylü məğlubiyyət yaşandı və mənim bir sualım var: İliya Topuriyanın baş məşqçisi kimdir? Onun komandası var, amma əsas söz sahibi kimdir? Döyüşçünün əmrlərinə qeyd-şərtsiz əməl etdiyi bir rəhbər olmalıdır. Mən demirəm ki, onun məşqçiləri pisdir. Eyni sözləri Həmzət Çimayev haqqında da demək olar.
Bilirəm ki, Çimayev uzun müddətdir eyni ciu-citsu məşqçisi ilə işləyir. Amma mən uzun vaxtdır Andreas Mayklı onun yanında görmürəm. İstərdim ki, Həmzət yenidən Andreasla işləsin. Məncə, döyüşçülərin hazırlıq prosesini düzgün istiqamətləndirəcək və döyüş zamanı əsas qərarları verəcək bir nəfərə ehtiyacı var. Bir çox məşqçi Çimayev və ya Topuriya səviyyəsində döyüşçü ilə işləməyi arzulayır", – deyə Kyeza açıqlamasında bildirib.
