Tahir Abdullayev Masallıda fəxri fərmanla təltif edildi - FOTO

9 İyul 2026 15:24
77
Tahir Abdullayev Masallıda fəxri fərmanla təltif edildi - FOTO

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə UFC döyüşçüsü Tahir Abdullayevlə görüşüb.

İdman.Biz xəbər verir ki, görüş zamanı idmançının son uğurları qeyd olunub.

Masallı rayonunun yetirməsi olan Tahir Abdullayev 11 yaşından Əməkdar məşqçi Təhmasib İsayevin rəhbərliyi altında sərbəst güləşlə məşğul olub. Daha sonra Rusiyaya köçərək qarışıq döyüş növlərinə (MMA) keçid edib və peşəkar karyerasını bu idman növündə davam etdirib.

Bu il UFC ilə müqavilə imzalayan Abdullayev iyunun 27-də Bakıda keçirilən UFC Fight Night turnirində debüt edib. O, braziliyalı Cefferson Nasimentonu üçüncü raundda nokautla məğlub edib. Peşəkar MMA karyerasında keçirdiyi 25 döyüşün 22-də qələbə qazanıb, 3-də isə məğlub olub.

Görüşün sonunda Tahir Abdullayev Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif edilib.

İdman.Biz