Konor Makqreqor MMA tarixinin ən güclü 10 döyüşçüsünün adını açıqlayıb

9 İyul 2026 14:42
75
Konor Makqreqor MMA tarixinin ən güclü 10 döyüşçüsünün adını açıqlayıb

37 yaşlı əfsanəvi irlandiyalı döyüşçü, UFC-nin ilk iki çəki dərəcəsi üzrə çempionu Konor Makqreqor UFC tarixinin ən böyük 10 idmançısını açıqlayıb.

İdman.Biz xəbər verir ki, o bu barədə “Complex”in “YouTube” kanalında müsahibəsində danışıb.

Beləliklə, Makqreqorun versiyasına görə MMA tarixinin ən böyük 10 döyüşçüsü aşağıdıkalardırlar:

1.Konor Makqreqor

2.Anderson Silva

3.Con Cons

4.Demetrius Conson

5.Valentina Şevçenko

6.Amanda Nunes

7.İslam Maxaçev

8.Daniel Kormye

9.Həbib Nurməhəmmədov.

10.Aleksandr Volkanovski.

Məlumat üçün əlavə edək ki, iyulun 12-nə keçən gecə keçiriləcək “UFC 329” turnirinin əsas döyüşündə irlandiyalı ulduz döyüşçü oktaqona qayıdacaq. O, yarımorta çəki dərəcəsində amerikalı Maks Holloueylə üz-üzə gələcək.

İdman.Biz