UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib - FOTO

9 İyul 2026 01:55
69
UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib

Özbəkistanlı UFC döyüşçüsü Nursultan Ruziboyev 27 iyunda Bakıda keçirilən “UFC Fight Night 280” yarışında qalib gəldikdən sonra aldığı hədiyyəni nümayiş etdirib.

İdman.Biz-in məlumatına görə, idmançı İnstaqram hesabında “Roewe M7 DMH” hibrid avtomobilinin qarşısında çəkilmiş şəklini paylaşıb.

Maşın döyüşçüyə Qroznıdakı “Axmat” döyüşçü klubunun nümayəndələri tərəfindən Azərbaycan paytaxtında keçirilən turnirdə uğurlu çıxışından sonra hədiyyə edilib.

Ruziboyev paylaşımının altına "Əssalamu aleykum!" yazıb.

Xatırladaq ki, Ruziboyev Bakıda keçirilən “UFC Fight Night 280” turnirində rusiyalı Andrey Pulyayevi ilk raundda boğucu fəndlə məğlub etmişdi.

İdman.Biz