“UFC Fight Night Baku”: Fərman Həsənov rəqibinə qalib gəldi - VİDEO

27 İyun 2026 19:57
131
“UFC Fight Night Baku”: Fərman Həsənov rəqibinə qalib gəldi

“UFC Fight Night Baku” turnirində ilkin kardın sonuncu qarşılaşması bitib.

İdman.Biz bildirir ki, Milli Gimnastika Arenasında təşkil olunan gecədə azərbaycanlı Fərman Həsənov amerikalı Erik Nolanla qarşılaşıb. Həmyerlimiz rəqibinə xal hesabı ilə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl ilkin kardın 6 döyüşü baş tutub. Azərbaycanlı Tahir Abdullayev yarımorta çəki dərəcəsində braziliyalı Cefferson Nasimentonu məğlub edib. Döyüşçü rəqibinə üçüncü raundda vaxtından əvvəl qalib gəlib.

Gecənin əsas döyüşündə Azərbaycan döyüşçüsü Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə üz-üzə gələcək. Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə qarşılaşacaq.

İdman.Biz