UFC-nin yarımağır çəkidə yeni çempionu Karlos Ulberq növbəti döyüşünü 2027-ci ilin əvvəlində keçirməyə hazır ola biləcəyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, 35 yaşlı yeni zelandiyalı döyüşçü bu barədə “Full Send MMA”nın “X” hesabına danışıb.
“Yaxın aylarda bədənimi bərpa etmək üçün lazım olan hər şeyi edəcəyəm. UFC-dən 2027-ci ilin əvvəlində zəng gələndə hazır olacağam”, - deyə Ulberq bildirib.
Karlos Ulberq hazırda sağ dizinin ön çarpaz bağının qopması səbəbindən keçirdiyi əməliyyatdan sonra bərpa prosesi keçir. O, zədəni UFC 327 turnirində çexiyalı İrji Proxazka ilə döyüşdə alıb.
Həmin qarşılaşma Ulberqin birinci raundda nokaut qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra o, UFC-nin yarımağır çəkidə çempionu olub.
