Tahir Abdullayev Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək

19 İyun 2026 17:19
133
Tahir Abdullayev Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək

Azərbaycan idmançısı Tahir Abdullayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

O, UFC ilə müqavilə imzalayıb. Yarımorta çəki dərəcəsində döyüşçünün rəqibi braziliyalı Ceferson Nasimento olacaq.

Xatırladaq ki, bu il “UFC Fight Night” iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

İdman.Biz
Məqalədə: